ABŞ-ın Danimarka və Hollandiyadan Ukraynaya F-16 qırıcılarının göndərilməsinə razılıq verdiyi xəbəri yayılıb.
Tribunainfo.az UNİAN-a istinadən xəbər verir ki, Danimarka və Hollandiya ABŞ-ın Ukraynaya F-16 təyyarələrinin tədarükünə razılıq aldığını rəsmən təsdiqləyib.
Xüsusilə, Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen TV 2 telekanalına bildirib ki, ABŞ-ın Ukraynaya təyyarə tədarükünə razılıq Danimarkanın müraciəti əsasında alınıb.
“Təsdiq edə bilərəm ki, mənimlə Entoni Blinken arasında məktub mübadiləsi olub. Bu, müdafiə naziri və mənim variantlarımızı araşdırmaq üçün ABŞ-la əlaqə saxlamağımıza əsaslanır”, – o, Danimarkanın bir məktub aldığını deyib.