Danimarka hökuməti Ukraynaya təxminən 2 milyard kron (280 milyon dollar) dəyərində yeni yardım paketi vermək qərarına gəlib.
Tribunainfo.az xəbər verirki, bu barədə Danimarkanın Baş naziri Mette Frederiksen bildirib.
“Danimarka Kiyevə döyüş sursatı və yeni briqada üçün 280 milyon dollar göndərəcək. Bu ölkənin dəstəyi Ukrayna və Avropada gələcək nəsillər üçün çox vacibdir”, – deyə o qeyd edib.