backend

DANİMARKA DA TÜRKİYƏYƏ QARŞI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danimarka ikili vətəndaşlıq tətbiqinin qaldırılmasını istədi 

Danimarka ikili vətəndaşlıq tətbiqinin qaldırılmasını istədi


TİA.AZ Türkiyə mətbuatına istinadən bildirir ki, Danimarkada hökumətə kənardan dəstək verən, Danimarkanın ikinci böyük partiyası Danimarka Xalq Partiyasının Ümumi Başçısı Kristian Tulesen Dahl, həm Türk, həm də Danimarkalı olmayacağını iddia edərək ikili vətəndaşlıq tətbiqinin qaldırılmasını istədi.


Dünən axşam saatlarında Danimarka Baş Nazir Lars Lökke Rasmussenin, Baş Nazir Binalı Yıldırımın həftə sonunda Danimarkaya edəcəyi səfəri təxirə salmasını istəməsinin ardından ikili vətəndaşlıq mübahisəsi başladı.

Tulesen Dahl Facebook səhifəsindən etdiyi paylaşmada; “Bir nəfər Danimarkalıdır, yoxsa Türkdür?  Bir nəfər Danimarka vətəndaşı olmaq istəyirsə, eyni zamanda Türkiyə  vətəndaşı ola bilməz. Eyni anda iki ölkəyə birdən xidmət edilməz” dedi.

Oxşar bir açıqlama da Xristian Demokrat Birliyin (XDB) üzvü və Daxili İşlər Nazirliyinin Müşaviri Günter Krinqstendən gəldi.

Krinqs ikili vətəndaşlıq tətbiqinin uyğunlaşmaya töhfə vermədiyini iddia edərək, ikili vətəndaşlıq həyata keçirməsinə son verilməsini istədi.

 

İlahə