Danelyan: İrəvanın açarları Azərbaycana verilməlidirbackend

Danelyan: İrəvanın açarları Azərbaycana verilməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycana qarşı aqressiv mövqeyi ilə tanınan politoloq Stepan Danelyan bir az sarkazm, bir az da etiraz tonunda açıqlama verib. Tribunainfo.az xəbər verir ki, onun qəzəbi keçmiş müdafiə naziri David Tanoyan həbsdən çıxdıqdan sonra qəhraman kimi qarşılanmasıdır.
O bildirib ki, Tanoyandan başqa, 44 günlük müharibənin bir başqa “qəhrəman”ı keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyandır. “Dəyərlərin son məhvi davam edir. Hər ikisinin heykəlləri İrəvanın girişində qoyulmalıdır. İkincisi daha monumental üslubda olmalıdır. İrəvanın açarları isə Azərbaycana verilməlidir”.