Danelyan: “Ermənistanda terror təşəkkül tapacaq”

Danelyan: “Ermənistanda terror təşəkkül tapacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda keşiş Baqratın rəhbərliyi ilə başlayan küçə mübarizəsi artıq pik həddini aşaraq, enişə doğru hərəkətə başlayıb. Tribunainfo.az xəbər verir ki, sonuncu dəfə parlamentin binasına basqın etmək cəhdlərinin qarşısı alındıqdan sonra müxalifətdə ciddi fikir ayrılığı yaranıb.
Gələn məlumatlara görə, keşiş Baqratın taktikasını yanlış hesab edənlər bildirirlər ki, faktiki addımlar nəticəsizdir və hər hansı bir müsbət reaksiyaya səbəb olmayacaq. Həmçinin aksiyada fəal olan bəzi siyasi qüvvələr Baqratın taktikasını bəyənmədiklərini qeyd edirlər.

Politoloq Stepan Danielyan isə tamamilə başqa bir mətləbə toxunub. O deyib ki, Ermənistan müxalifətinin küçə mübarizəsindəki məğlubiyyəti təsdiqlədi ki, Ermənistanda mübarizə öz siyasi kursunu itirir. Amma politoloq qeyd edib ki, bunun ardından daha pis bir prosesin başlama ehtimalı artmağa başlayıb.
Onun sözlərinə görə, dinc mübarizə effekt vermədiyi təqdirdə, onu terror əvəzləyir. Danelyan hesab edir ki, Ermənistanda küçə mübarizəsinin sönməsi bu ehtimalı daha da artırır. “Bu zəifləmə ciddi proseslərin tətikləyicisi ola bilər. Ona görə də, bu, Ermənistanda terrorun təşəkkül tapmasına səbəb ola bilər”.