Danelyan: “Bakı İrəvanı başa salmağa çalışır”

Danelyan: “Bakı İrəvanı başa salmağa çalışır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“1945-ci ildən sonra iki əsas prinsip – ərazilərin toxunulmazlığı və insan hüquqları əsasında formalaşan dünya artıq yoxdur. Azərbaycan Prezidenti məhz bundan danışır”. Tribunainfo.az xəbər verir ki, bu sözləri politoloq Stepan Danelyan deyib.

O iddia edib ki, dünya imperiyalar dövrünə qayıdır. “Kiçik ölkələr ya yox olacaq, ya yeni ölkələr yaranacaq, ya da onlar girib böyük bir ölkənin tərkibinə çevrilməli olacaqlar”.

Danelyanın sözlərinə görə, Azərbaycanın faktiki bəyanatları bu vəziyyəti Ermənistana başa salmaqdır. “İrəvanda isə bunu başa düşmürlər. Paşinyan hələ də beynəlxalq birlikdən danışır. Halbuki o artıq yoxdur”.

Erməni politoloq hesab edir ki, Azərbaycan bir neçə istiqamətdə oynayır. “Onun Rusiya ilə də, Türkiyə ilə də dərin razılaşmaları var və indi ABŞ-ın strateji müttəfiqinə çevrilməyə çalışdığını bəyan edir”.