Danelyan: “Azərbaycandan qaz, su və elektrik alacaqlar”

Danelyan: “Azərbaycandan qaz, su və elektrik alacaqlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kilsə ilə münaqişə Paşinyan Zəngəzur dəhlizi ilə bağlı bəzi tənzimləmələr edəndə başlayıb. Ona kilsənin mövzusu ictimaiyyətin diqqətini yayındırmaq üçün lazım idi”.

Tribunainfo.az xəbər verir ki, bu sözləri politoloq Stepan Danelyan deyib.

O bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan 2026-cı il parlament seçkilərinə yeni tezislərlə hazırlaşır. “2021-ci ildə cəmiyyəti müharibə ilə qorxudurdular. İndi şantaj üçün yeni mövzu tapacaqlar. Mən bu ssenarini təsəvvür edirəm: su, işıq, qaz sektorunda problem yaradırlar. Sonra deyəcəklər ki, “bizi seçin, Azərbaycandan işıq, qaz gətirəcəyik, sərhədləri açacağıq, bunun üçün yeni güzəştlər edəcəklər”. Bu, başqa bir şantaj variantıdır”.

Fərda Uğur