Dama çıxıb özünü atmaq istədi – VİDEObackend

Dama çıxıb özünü atmaq istədi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Mingçevir şəhərində intihara cəhd olub.

  Tribunainfo.az xəbər verir ki, orta yaşlı kişi Puşkin küçəsindəki beşmərtəbəli binanın damına çıxaraq özünü atacağını bildirib.

Yaxınlıqdakı şəxslərin və xilasedicilərin köməyi ilə onu binadan endirmək mümkün olub. Həmin şəxs aidiyyəti üzrə təhvil verilib.

***

FHN hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidməti Mingəçevir şəhər Yanğından Mühafizə Dəstəsinin yanğınsöndürən-xialsediciləri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər intihara cəhd etmək istəyən 1989-cu il təvəllüdlü Təhməzov Müşfiq Hilal oğlunu fikrindən daşındırmaq məqsədilə onunla məsafədən psixoloji söhbət aparıblar. Bu vaxt damdakı xilasedicilər yaranmış əlverişli vəziyyətdən istifadə edərək vətəndaşı anidən tutaraq intiharın qarşısını alıblar.