“Dalga Beach”in işçiləri maaşlarının verilməməsindən ŞİKAYƏTÇİDİR -VİDEO

“Dalga Beach”in işçiləri maaşlarının verilməməsindən ŞİKAYƏTÇİDİR –VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribunainfo.az xəbər verir ki, Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Dalga beach” istirahət mərkəzinin keçmiş işçiləri işlədikləri müddətdə maaş ala bilmədiklərindən şikayətçidirlər.

İşçilər “Xəzər Xəbər”ə bildiriblər ki, “Dalga Beach” istirahət mərkəzini bir müddət əvvəl işlədən Emin İbadov adlı şəxs onların maaşlarını verməyib. İşçilərin sözlərinə görə, o ya telefona cavab vermir, cavab verəndə isə bu gün, ya sabah maaşlar ödəniləcək deyib işçiləri aldadır. Kimisi 4 ay, kimisi 3 ay maaşını ala bilməməsindən narazıdır.

Xezerxeber.az mövzu ilə bağlı qısa videomaterialı təqdim edir.

Daha ətraflı video material “Xəzər Xəbər” in 21:00 buraxılışında təqdim olunacaq.