“Daim yaxşı formada qalmaq heç də asan deyil” – Abdullah Zubir

“Daim yaxşı formada qalmaq heç də asan deyil” – Abdullah Zubir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qalib gəldiyimiz üçün sevinirik. Çox xoşbəxtik. Artıq növbəti mərhələ barədə düşünməliyik”.

Tribunainfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Abdullah Zubir UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda “Şkendiya”ya 5:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

Jurnalistlərin suallarını cavablandıran fransalı yarımmüdafiəçi növbəti mərhələdə də uğur qazanmaq üçün əllərindən gələni edəcəklərini bildirib: “Ferensvaroş” güclü komandadır. Daha əvvəl onlara qarşı oynamışıq. Heyətlərində yaxşı futbolçular var. Bununla belə, pley-offu da uğurla keçmək üçün əlimizdən gələni edəcəyik”. 

“Qarabağ” üçün yüksək səviyyəni qorumaq nə dərəcədə çətindir?” sualını Zubir belə cavablandırıb: “Əlbəttə, çətindir. Çalışırıq ki, daim yaxşı formada qalaq. Lakin bu, heç də asan deyil. Yüksək səviyyəni qorumaq üçün məşqlərdə daim çalışmalısan”.

Zubir sonda azarkeşlərə minnətdarlıq edib: “Stadionda 30 min azarkeşi görmək çox xoş idi. Qələbəmizdə fanatların verdiyi dəstəyin böyük rolu oldu. Çalışacağıq ki, onları qarşıdakı matçlarda da sevindirək”.