“Bakının göbəyində, ölkənin 1 N- li perinatal müalicə müəssisəsindəki bu dəhşətin bəraəti yoxdur. Artıq nə baş verməlidir ki, ölkədə yanğın təhlükəsizliyinin bərbad vəziyyətdə olması və fövqəladə qərarların, tədbirlərin qəbul edilməsi zərurəti başa düşülsün”. Tribunainfo.az xəbər verir ki, AXP sədri Pənah Hüseyn belə reaksiya verib. Onun sözlərinə görə, bütün məsullar, lap təpədən başlayaraq ən ciddi məsuliyyətə cəlb edilməlidir: “Valideynlərə baş sağlığı verirəm. Adamın Allah səbr versin deməyə də dili dönmür, ürəyi gəlmir”.