“Daha çox qol vura bilərdik” – Didye Deşam

“Daha çox qol vura bilərdik” – Didye Deşam

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Fransaya 0:3 hesabı ilə məğlub olub.
Tribunainfo.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Didye Deşam oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

– İstədiyimiz nəticəni əldə etdik, amma xeyr, tam qane etmədi. Komandada yorğunluq var idi. Topun hərəkətində vertikallıq çatışmırdı. İstədiklərimizi həyata keçirməkdə çətinlik çəkirdik. Futbolçulara demişəm ki, intensiv oynamaq lazımdır, amma bu gün bunu yetərincə etmədik. Rəqibi çətin vəziyyətə sala bilmədik, çünki yorğunluq hiss olunurdu. Sevincdən göylərə qalxmayacağam. Daha çox qol vura bilərdik.