Tanınmış şair, yazıçı Kənan Hacı yazar Mövlud Mövludun intiharından sonra sosial şəbəkədə intihar anonsu verib.
Tanınmış şair, yazıçı Kənan Hacı yazar Mövlud Mövludun intiharından sonra sosial şəbəkədə intihar anonsu verib.
TİA.AZ xəbər verir ki, o, “Yoruldum artıq… Günahlarımın bağışlanacağına ümid edirəm… Salamat qalın!” – yazıb.
Kənan Hacı mobil telefonunu söndürdüyü üçün yaxınları onunla əlaqə saxlaya bilmir.
Qeyd edək ki, bu gün gənc yazar Mövlud Mövlud özünü yaşadığı binanın 17-ci mərtəbəsindən ataraq intihar edib. O, hadisə yerindəcə keçinib.
***
Millət vəkili Qənirə Paşayeva Kənan Hacının bu statusuna görə onu ziyarət etmək üçün evinə gedib.