Suriyada “Əl-Qaidə” terror təşkilatının liderlərindən biri Əbu əl-Xayr əl Məsri məhv edilib.
Suriyada “Əl-Qaidə” terror təşkilatının liderlərindən biri Əbu əl-Xayr əl Məsri məhv edilib.
APA-nın verdiyi xəbərə görə, onun İdlib şəhəri yaxınlığında ABŞ-a məxsus pilotsuz uçuş aparatının zərbəsi nəticəsində öldürüldüyü bildirilir.
Məlumata əsasən, 59 yaşlı terrorçu “Əl-Qaidə” terror təşkilatının lideri Ayman Az-Zavaxirinin müavini, Üsamə ben Ladenin kürəkəni olub. Onun Suriyada “Cəbhət ən Nusra” terror qruplaşmasına dəstək verdiyi, 1998-ci ildə Keniyada və Tanzaniyada ABŞ-ın diplomatik nümayəndəliklərinə hücumun təşkilatçısı olduğu qeyd olunur.