Deputat İqbal Məmmədova məxsus olduğu bildirilən “Kaspi yıldız” Azərbaycan-Türkiyə müştərək müəssisəsi məhkəmə verilib.
Pravda.az-ın xəbərinə görə, müəssisə ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciəti “Azər KMİ” MMC edib.
Mahiyyəti alqı-satqı müqaviləsi üzrə mübahisələr olan iş hakim Aida Hüseynin icraatındadır.