Daha bir şirkət “Azərsu” ASC-ni məhkəməyə verdibackend

Daha bir şirkət “Azərsu” ASC-ni məhkəməyə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə bağlı məhkəməyə edilən müraciətlərin sayı artıb. Sadə vətəndaşlarla yanaşı ayrı-ayrı holdinq, MTK, şirkətlər də “Azərsu” ilə bağlı məhkəməyə üz tutub.

Tribunainfo.az xəbər verir ki, bu dəfə ASC ilə bağlı məhkəmədə iddianı “Binəqədi Oyl Kompani” şirkəti qaldırıb. İşin mahiyyəti müqavilədən əmələ gələn öhdəliklər üzrə mübahisədir. “Azərsu” şirkətlə bağlanan müqaviləyə əməl etmədiyi üçün məhkəməyə verilib.

Bakı Kommersiya Məhkəməsində baxılacaq işlə bağlı proses 2 avqust tarixində təyin edilib. İş hakim Zeynəb Axundovanın icraatındadır.

Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar