Daha bir sakin “Melissa Group”a məxsus MTK-nı məhkəməyə verdibackend

Daha bir sakin “Melissa Group”a məxsus MTK-nı məhkəməyə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Melissa Group” tikinti şirkətinə məxsus “Feba MTK” daha bir sakin tərəfindən məhkəməyə verilib.

Tribunainfo.az xəbər verir ki, MTK ilə bağlı iddianı Həsənova Rufa Hacı qızı qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir.

“Feba MTK” ilə bağlı işə 25 noyabr tarixində Yasamal rayon məhkəməsində baxılacaq. Iş hakim Kərim Xudayevin icraatındadır.

Qeyd edək ki, mətbuatın gündəminə həmişə qalmaqal və şikayətlərlə düşən “Feba MTK” “Melissa Group”a məxsusdur. “Feba MTK” sakinlər tərəfindən dəfələrlə məhkəməyə verilib.
“Melissa Group” şirkətinin sahibi Qalib Məmmədovdur. Tikinti şirkətinin baş direktoru isə Xəzər Məmmədovdur.

Tərəfləri dinləməyə hazırıq.
Nigar