backend

Daha bir rus diplomat qətlə yetirildi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun ötən gün qətlə yetirilməsindən sonra bu ölkənin Xarici İşlər Nazirliyinin daha bir əməkdaşı evində ölü tapılıb. 
Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun ötən gün qətlə yetirilməsindən sonra bu ölkənin Xarici İşlər Nazirliyinin daha bir əməkdaşı evində ölü tapılıb.

TİA.AZ REN TV-yə istinadən xəbər verir ki, hadisə dünən paytaxt Moskvada baş verib.

Cəsədi aşkar edilən şəxs Rusiya XİN-in Latın Amerika departamentinin şöbə rəisi Pyotr Polşikovdur.

Onun yaşadığı evdə başından vurularaq öldürüldüyü bildirilir. Cinayətdə istifadə edilən silah mətbəxdə yerləşən əl-üz yuyanın arxasından tapılıb.

Hadisə ilə bağlı hələ rəsmi açıqlama verilməyib.

Məlumatda qeyd olunur ki, Polşikov öldürülən zaman həyat yoldaşı evdə olub.