COVİD19 bəlasından yenicə canını qurtarmış dünya, daha bir təhlükə ilə üz-üzə qala bilər. Tribunainfo.az xəbər verir ki, bu xəbərdarlıqla Rusiyanın “Rospotrebnadzor” qurumu açıqlama yayıb.
Qurumdan bildirilib ki, Afrikada iki yeni ölümcül xəstəlik aşkar edilib. Belə ki, Nigeriyanın şimalında yeni naməlum xəstəlik aşkarlanıb. “Ölkənin şimalında, Kaduna əyalətinin Zaria şəhərindəki Hərbi internat məktəbində şagirdlər arasında naməlum etiologiyalı bir neçə xəstəlik halı qeydə alınıb, Onlardan üçü ölümlə nəticələnib. Xəstələrdən bəzilərinin vəziyyəti ağır olaraq qalır və universitet xəstəxanasındadır. Açıq mənbələrdə xəstəliyin əlamətləri qeyd olunmur”.
Zaria təlim düşərgəsinin rəhbərliyi “SaharaReporters”ə bildirib ki, xəstəliyin səbəbləri araşdırılır. Briqada generalı Audu bir neçə tələbənin öldüyünü təsdiqləyib. İlkin məlumatlara görə, ölümün səbəbi ürək-damar sistemi ilə bağlı problemlər olub, lakin əlavə məlumat verilmir.