İllərdir Taylanda müzakirə edilən nikah bərabərliyinə aid qanun layihəsi Senat tərəfindən qəbul edilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Senat tərəfindən təsdiqlənən qanun layihəsi kralın razılığı üçün saraya göndəriləcək.
Qanun qəzetdə dərc edildikdən 120 gün sonra qüvvəyə minəcək.
Bu qərarla Tayland Nepal və Tayvanla birlikdə Asiyada eynicinslilərin evliliyini təsdiqləyən üçüncü ölkə olacaq.
LGBTQ müdafiəçiləri bu addımı düzgün addım adlandırıblar, çünki bu, Taylandı Cənub-Şərqi Asiyada nikah bərabərliyi qanununu qəbul edən ilk ölkə edəcək.
Qanun layihəsi fəalların və siyasətçilərin on ildən çox səylərindən sonra qəbul edilib.
Qeyd edək ki, İyunun əvvəlində minlərlə LGBTQ fəalı Banqkok küçələrində parad keçirib.