Daha bir ölkə “Rus Evi”ni bağlayır

Daha bir ölkə “Rus Evi”ni bağlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldovada ölkə hakimiyyətinin qərarı ilə “Rus evi” bağlanır.

 Tribunainfo.az xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qərar Rusiyanın pilotsuz təyyarələrinin ölkənin hava məkanını pozması ilə əlaqədar qəbul edilib:

“Bu təxribatlara cavab olaraq Xarici İşlər Nazirliyi 1998-ci ildə imzalanmış mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında Moldova-Rusiya hökumətlərarası sazişini birtərəfli qaydada denonsasiya etmək qərarına gəlib. Müqaviləyə xitam verilməsi proseduru başa çatdıqdan sonra Rusiya Mədəniyyət Mərkəzi (“Rus Evi”) ölkəmizdə fəaliyyətini dayandıracaq”.

Xatırladaq ki, Bakıdakı “Rus Evi”nin də fəaliyyəti dayandırılır.