backend

Daha bir ölkə AB-dən çıxmağa hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Niderland Avropa Birliyindən çıxmaq istəyir. 

Niderland Avropa Birliyindən çıxmaq istəyir.

TİA.AZ xəbər verir ki, bu nəticə Britaniyanın “Bruges Qrup” tədqiqat mərkəzinin keçirdiyi sorğudan sonra əldə olunub.

Sorğuya əsasən, hollandların yalnız 39%-i AB-də qalmaq istədiyini bildirib. 23% şəxs isə AB-dən çıxmağa hazır olduğunu söyləyib. Hollandların 27%-i AB-dən çıxmağı yalnız azad ticarət haqqında müqavilə imzalandıqdan sonra dəstəkləyəcəyini qeyd edib. 11% isə məsələ ilə bağlı mövqeyini müəyyənləşdirə bilməyib. Bununla da mərkəz ümumilikdə (bitərəflərin səsləri də bölüşdürüldükdə – red.) 56% hollandın AB-dən çıxmağa hazır olduğu qənaətinə gəlib.