Müxtəlif Mənzil Tikinti Kooperativlərinin Bakı Şəhər İcra Hakimiyyəti ilə məhkəmə çəkişməsi davam edir. Bu dəfə də icra hakimiyyəti ilə bağlı işi “Capital City” MTK qaldırıb.
Tribunainfo.az xəbər verir ki, “Capital City” MTK ilə icra hakimiyyəti arasında mübahisə torpaqla bağlıdır. Digər səbəblər isə açıqlanmır. İcra hakimiyyəti ilə bağlı məhkəmədə iş qaldıran bütün MTK-ların mübahisəsi məhz torpaqla bağlı olur.
İş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 23 oktyabr tarixində hakim Vüsalə Baxışovanın sədrliyi ilə proses keçiriləcək.
Xatırladaq ki, sözügedən tikinti şirkəti “Anima” MMC-yə məxsusdur. Bakı Şəhər İcra Hakimiyyəti ilə sözügedən tikinti şirkətini məhkəmələrdə dəfələrlə üz-üzə gəlib.
Tərəfləri dinləməyə hazırıq.
Nigar