Daha bir MTK Bakı İH-i məhkəməyə verdi

Daha bir MTK Bakı İH-i məhkəməyə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mənzil-Tikinti Kooperativləri tərəfindən Bakı şəhər İcra Hakimiyyəti ilə bağlı məhkəməyə müraciətlər durmadan artır.

Tribunainfo.az xəbər verir ki, bu dəfə icra hakimiyyəti ilə bağlı iddianı “R+N İnşaat” MTK qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. MTK-lar Bakı İH-lə icra müqaviləsi səbəbindən problem yaşayır.

İşə Bakı Kommersiya Məhkəməsində baxılır. Tərəflər arasında növbəti proses 2025-ci ilin 21 yanvar tarixində baş tutacaq. İş hakim Kənan Hüseynovun icraatındadır.

Qeyd edək ki, MTK-larla problem yaşayan və tez-tez məhkəməyə verilən Bakı şəhər icra hakimiyyətinin sədri Eldar Əzizovdur.

Tərəfləri dinıləməyə hazırıq.

Nigar