Beynəlxalq Olimpiya Komitəsi (BOK) Pekin-2008 Yay Olimpiya Oyunlarında dopinq istifadə etdiyini əsas gətirərək azərbaycanlı atlet Nizami Paşayevin nəticəsini ləğv edib.
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Pekin-2008 Yay Olimpiya Oyunlarında dopinq istifadə etdiyini əsas gətirərək azərbaycanlı atlet Nizami Paşayevin nəticəsini ləğv edib.
TİA.AZ xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yerləşdirilib.
BOK-un qərarına əsasən, idmançın dopinq testlərinin ikinci variantı müsbət nəticə verdiyi üçün nəticəsi keçərli sayılmayıb.
94 kq çəki dərəcəsində yarışan Paşayev Çinin paytaxtında 5-ci yeri tutmuşdu.
Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçisi Vitali Rəhimov da olimpiya medalından məhrum olunub.