Daha bir idman yarışı küləyə görə təxirə salındı

Daha bir idman yarışı küləyə görə təxirə salındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron yarımadasında əsən güclü külək daha bir idman yarışının təxirə salınmasına səbəb olub.

Oxu.Az-ın əldə etdiyi xəbərə görə, qadın voleybolu üzrə Azərbaycan Superliqasının IX turunun bu günə nəzərdə tutulmuş matçları təxirə salınıb.

Belə ki, bu gün saat 15:00-da “Lokomotiv” – AVF və 17:00-da “Abşeron” – “Azərreyl” görüşləri keçirilməli idi. Lakin federasiyanın vitse-prezidenti Faiq Qarayev hava durumuna uyğun olaraq bugünkü görüşlərin aprelin 2-nə təxirə salınmasına dair qərar verib.

Qeyd edək ki, bu görüşlər Dərnəgül Voleybol Mərkəzində keçirilməli idi.

Xatırladaq ki, bu gün velosiped üzrə (kriterium) Bakı çempionatının I turu təxirə salınıb.