Daha bir icra başçısı 200-lə gedir — “AA-001” – VİDEO

Daha bir icra başçısı 200-lə gedir — “AA-001” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar məmurların yol hərəkəti qaydalarını necə pozmasını əks etdirən foto və videoların sayı artır.

TİA.AZ xəbər verir ki, bir müddət əvvəl mətbuatda Mingəçevir şəhərinin icra başçısının xidməti avtomobilinin magistrlar yolda 180 km/saat sürətlə hərəkət etdiyini əks etdirən video yayılmışdı. İcra hakimiyyəti sonradan ölkə.az-a açıqlama verərək az qala öz əməllərinə haqq qazandırmağa çalışırdı.

Reportyor.tv-nin yaydığı videoya görə, bu dəfə fevralın 28-də, saat 10:25 radələrində çəkilmiş görüntülərdə Ağstafa rayonunun birinci şəxsi, icra başçısı Məhərrəm Quliyevin “05-AA-001” dövlət nömrə nişanlı xidməti avtomobili ilə qanunən saatda 110 km/saat sürət həddi olan yolda 180-200-lə hərəkət etdiyi əksini tapıb.

Həmin videonu təqdim edirik: