Daha bir hərbi komissar saxlanıldıbackend

Daha bir hərbi komissar saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi mayor Sadiq Əliyev saxlanılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, S.Əliyev külli miqdarda rüşvət almaqda təqsirləndirilir.

İş üzrə Respublika Hərbi Prokurorluğunda istintaq aparılır.

Qeyd edək ki, saxlanılan mayor Əliyev bundan əvvəl Quba və Mingəçevirin hərbi komissarı olub.

Onu da əlavə edək ki, yaxın müddətdə bir neçə indiki və sabiq hərbi komissar həbs edilib.