MTN-in sabiq Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və digərlərinin cinayət işi icraata verilib.
MTN-in sabiq Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və digərlərinin cinayət işi icraata verilib.
TİA.AZ xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçiriləcək prosesə hakim Elbəyi Allahverdiyev sədrlik edəcək.
Məhkəmənin hazırlıq iclası aprelin 27-ə təyin edilib.
Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN barəsində aparılan istintaq zamanı o tutduğu vəzifədən azad edilərək MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.