DAHA BİR GƏNCLƏR TƏŞKİLATI BƏYƏNAT YAYDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

4 iyul 20:40 saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndininin mülki əhalisinin yaşadığı ərazisi artilleriya qurğularından və digər ağır silahlarından intensiv atəşə tutulub. 

4 iyul 20:40 saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndininin mülki əhalisinin yaşadığı ərazisi artilleriya qurğularından və digər ağır silahlarından intensiv atəşə tutulub.

 Bu zamanı mərmilərdən biri kənd sakini Salman Quliyevin evinin həyətinə düşüb. Partlayış nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2 yaşlı Zəhra Quliyeva həlak olublar. Digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanıb. Eyni zamanda mülki şəxslərin evləri və digər obyektlərə ciddi zərər dəymişdir. Ermənistan silahlı qüvvələrinin bu təxribatı nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, BMT-nin Uşaq Hüquqları Konvensiyasının və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın aşkar və heç bir insanlığa sığmayaraq vəhşi şəkildə pozulmasıdır. 

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərindən sonra həmsədrlər və beynəlxalq təşkilatlar ciddi danışıqlar yolu ilə status-kvonun dəyişdirilməsinə çağırışlar etdiyi halda Ermənistan tərəfi mülki şəxslərin və uşaqların qəsdən öldürülməsinə yönəlmiş hücumların edilməsi sistematik xarakter daşıyır. Bu isə mün münaqişə zonasında gərginliyin yaranmasının əsas səbəbidir və münaqişənin siyasi həllinə başlıca maneədir. Azərbaycan Respublikasında fəaliyyət göstərən, bir çox beynəlxalq tədbirlərin aktiv iştirakçısı, beynəxalq və xarici ölkələrin gənclər təşkilatları ilə sıx əməkdaşlıq edən Qeyri-Hökümət Gəncər Təşkilatı olaraq məqsədimiz, uşaq və gənclərin beynəlxalq konvensiyalarla qorunan hüquqlarının müdafiəsidir. Bütün beynəlxalq təşkilatlardan, hüquq müdafiəçilərindən baş verən bu vandalizmə, terrora münasibət bildirmələrini xahiş edirik. Xahiş edirik ki, Ermənistanı beynəlxalq hüquq normalarına əməl etməyə və törətdiyi təxribata cavab verməyə çağırasınız.

Hörmətlə,Gənclər Mərkəzi İctimai Birliyinin Idarə Heyəti