İrəvanda məşhur olan vətəndaş fəalı, tanınmış linqvist Asmik Bunatyan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub.
İrəvanda məşhur olan vətəndaş fəalı, tanınmış linqvist Asmik Bunatyan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub.
Virtualaz.org-a Platformanın katibliyindən verilən məlumata görə, A.Bunatyan bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması imkanını anlayaraq, Azərbaycanın müstəqilliyini və beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü tamamilə dəstəkləyirəm. Həmçinin münaqişənin sülh yolu ilə həllinə yönəlmiş BMT Nizamnaməsinin, BMT Təhlükəsizlik Şurası qətnamələrinin və ATƏT-in Minsk Qrupunun əhəmiyyətini qeyd etmək istəyirəm”.
A.Bunatyanın sözlərinə görə, münaqişənin həll olunmaması nəticəsində hər iki ölkədə xalqların bir-birinə düşmən münasibəti üstünlük təşkil edir.
“Azərbaycan və Ermənistan xalqları sülhün təminatı və gələcək nəsillərimiz naminə münaqişəni qurtarmalıdırlar. Mən iki xalqın sülh içində yaşaması ideyasını tamamilə dəstəkləyir və münaqişənin, hansı ki, 25 ildən çoxdur davam edir, sülh yolu ilə ən sürətli həllinə ümid edirəm. Bu səbəbdən əsas məqsədi Cənubi Qafqazda sülhün bərpası və saxlanılması olan Ermənistan-Azərbaycan Sülh Platformasına tam dəstəyimi bildirir və ona qoşulduğumu bəyan edirəm”, – deyə İrəvan vətəndaş fəalının göndərildiyi bəyanatında deyilir.