Daha bir cüdoçumuz Olimpiada ilə erkən vidalaşdı

Daha bir cüdoçumuz Olimpiada ilə erkən vidalaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Tribunainfo.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Von Jin Kim (Cənubi Koreya) ilə üz-üzə gəlib.

Rəqibini uduzan Ağayev mübarizəni dayandırmalı olub.

Qeyd edək ki, bundan əvvəl qadın cüdoçumuz Leyla Əliyeva da yarışların 1/16 finalında mübarizəni dayandırıb.