Daha bir azərbaycanlı müğənni “Crocus City Hall”da olub – VİDEObackend

Daha bir azərbaycanlı müğənni “Crocus City Hall”da olub – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Ayaz Babayev də terror aktı törədilən “Crocus City Hall”da olub.

Bu barədə o, “Instagram” hesabında məlumat yayıb. Müğənni hazırda yaxşı olduğunu bildirib:

“Hamı narahatdır. Çox şükür bizdə salamatlıqdı. Həqiqətən pis hadisə idi. Panikanı izah edə bilmərəm. Hamımızı çölə çıxardılar. Bizim maşınımız orada qalmışdı. Yenidən ora qayıtmalı olduq. Hamıya bir-bir yaza bilmirəm. Həyatımın şokunu yaşadım”.

Bundan əlavə, Ayaz Xalq artisti Röya Ayxanla hadisədən bir qədər əvvəl çəkilən fotosunu paylaşıb və “Çox şükür hər saniyəmizə. Böyük keçmiş olsun”, – deyə bildirib.