Daha 5 siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

Daha 5 siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 19- da keçirilən iclasında beş siyasi partiyanın 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb.
Tribunainfo.az xəbər verir ki, MSK sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar Gələcək Azərbaycan Partiyasının, Müsavat Partiyasının, Azad Vətən Partiyasının, Vəhdət Partiyasının və Ədalət Partiyasının səlahiyyətli nümayəndələrini qeydə alıb.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.