Daha 110 nəfər əlilliyi olan şəxs istirahətə göndərilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin istirahətinin təşkili işlərinin davamı olaraq, bu təbəqədən olan daha 110 nəfər istirahətə yola salınıb.  Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin istirahətinin təşkili işlərinin davamı olaraq, bu təbəqədən olan daha 110 nəfər istirahətə yola salınıb. 

Onlardan 60 nəfəri Xaçmaz, 50 nəfəri isə Quba rayonunda yerləşən istirahət mərkəzinə göndərilib.

Yola salınan əlilliyi olan şəxslər sosial cəhətdən həssas qrupların rifah halının yaxşılaşdırılması, onların cəmiyyətin digər üzvləri ilə bərabər imkanlara malik olmaları məqsədilə ölkəmizdə mühüm sosial proqramların icra olunmasından və ildən-ilə uğurla davam etdirilməsindən razılıqla bəhs ediblər. Onlar göstərilən yüksək diqqət və qayğıya, eyni zamanda istirahət etmələri üçün şərait yaradıldığına görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
 

Tədbir nazirliyin “2017-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” əsasında həyata keçirilir. Məqsəd əlilliyi olan şəxslərin yaz-yay mövsümündə ölkəmizin səfalı guşələrində istirahət etmələrinə şərait yaradılmasıdır. Proqrama uyğun olaraq, cari il ərzində 1100 nəfərdən çox əlilliyi olan şəxsin Lənkəran, Xaçmaz, Quba rayonlarında yerləşən istirahət və sağlamlıq mərkəzlərində istirahətinin təşkili planlaşdırılıb. Bu günə qədər onlardan artıq 915 nəfərinin qeyd edilən rayonlardakı istirahət mərkəzlərində istirahəti təşkil olunub.

Əlilliyi olan şəxslərin istirahət mərkəzlərinə aparılması və müəyyən müddətdən sonra geri qaytarılması bunun üçün ayrılmış xüsusi nəqliyyat vasitəsi ilə yerinə yetirilir.