“DAĞLIQ QARABAĞI DONBAS VƏ YA KOSOVA İLƏ MÜQAYİSƏ ETMƏK OLMAZ” – MARUKYANbackend

“DAĞLIQ QARABAĞI DONBAS VƏ YA KOSOVA İLƏ MÜQAYİSƏ ETMƏK OLMAZ” – MARUKYAN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni siyasətçi hesab edir ki, Qarabağ məsələsinə başqa münaqişələri də proyeksiya etmək cəhdləri vəziyyəti gərginləşdirə bilər.

Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, bütün siyasi və hüquqi tarixi boyu Dağlıq Qarabağ nə Donetsk, nə Luqansk, nə də Kosovo serb məsələsi ilə müqayisə oluna bilməz. Bu barədə Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan öz Tvitter səhifəsində yazıb.

Marukyan bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin Sovet İttifaqının dağılmasından daha uzun tarixi var, halbuki yuxarıda qeyd olunan münaqişələrin hamısı SSRİ-nin dağılmasından sonra yaranıb.

“Beynəlxalq ictimaiyyət Qarabağ probleminin həlli yollarını axtararkən bütün tarixi və hüquqi bazanı nəzərə almalıdır. Əks halda, misilsiz nümunələrə əsaslanan istənilən qərar vəziyyətin daha da gərginləşməsinə səbəb olacaq”, – erməni siyasətçi bildirib.

Xatırladaq ki, martın 20-də Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında Ermənistanın baş nazirinin Dağlıq Qarabağ və Bakı arasında dialoq ideyasını dəstəklədiyini bildirib.
Bu kontekstdə o, Donbass sakinlərinin kompleks problemlərinin həlli üçün nəzərdə tutulmuş “Minsk müqavilələri”ni xatırladıb. Söhbət öz ana dili hüququndan, uşaqları bu dildə öyrətmək, bu dildə yaşamaq, işləmək, öz mədəniyyətini, dinini qorumaq, yerli özünüidarəetmə imkanlarına malik olmaq və bəzi xüsusi əlaqələrə malik olmaq hüququndan gedir.
Nazir hesab edir ki, Ermənistan və Azərbaycan liderlərinin bu ölkələrin 1991-ci il Alma-Ata Bəyannaməsinin müddəalarına sadiqliyini təsdiqləmələri kontekstində Qarabağ xalqı üçün təxminən eyni hüquqlar toplusu lazım olacaq.