backend

Dağlıq Qarabağdan Avropa və Yaxın Şərqə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 10-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfəri dünyanın diqqət mərkəzində idi.  

Martın 10-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfəri dünyanın diqqət mərkəzində idi. 

Ərdoğanın həmkarı Vladimir Putinlə görüşündə qəbul ediləcəyi qərarlar Yaxın Şərqdəki proseslər və Türkiyə-Qərb münasibətləri baxımından çox əhəmiyyətli idi.

TİA.AZ xəbər verir ki, “RİA-Novosti” agentliyinin səfərin nəticələri ilə bağlı dərc etdiyi yazıda səfərin bir gün davam etməsinə baxmayaraq, danışıqlarda çağırışların kifayət qədər geniş olduğu bildirilib.

Referendum üçün millətçilərin səsləri

Diplomatlar, iqtisadçılar və hərbiçilərin zəhmətli işi nəticəsində tərəflər bütün məsələlər üzrə qarşılıqlı anlaşmaya nail olmağı bacardılar. Səfərin nəticələri qələbələrin maksimal sayı üçün Moskvaya yola düşən Ərdoğanı tamamilə qane edir.

“Türkiyədə tezliklə (aprelin 16-da –red.) prezidentin səlahiyyətlərinin artırılması üzrə referendum keçiriləcək. Türkiyənin indiki başçısına kiçik və böyük ictimai müvəffəqiyyətlər lazımdır. Ərdoğan bu müvəffəqiyyətlərlə millətçilərin səslərini almağı planlaşdırır”, – Diplomatik Akademiyanın dosenti, Şərqşünaslıq Tədqiqatları Mərkəzinin direktoru Vladimir Avatkov deyib.

Ərdoğan Moskvaya 2015-ci ilin sonunda Rusiyanın Su-24 bombardmançısının vurulmasından sonra Ankaraya qarşı tətbiq olunan bütün sanksiyaların ləğvi üçün gəlmişdi. “Rusiya tərəfindən firmalar və şirkətlərə qarşı tətbiq olunan bütün sanksiyalar və məhdudiyyətlər qaldırılmalıdır”, – Ərdoğan bildirirdi.

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi isə qeyd etmişdi ki, iki ölkənin prezidentlərinin siyasi iradəsinə baxmayaraq, məhdudiyyətlərin aradan qaldırılması prosesi ləngiyir. Vladimir Avatkovun sözlərinə görə, məhz sanksiyalar mövzusu Ərdoğanın Moskvaya səfərindən əvvəl türk KİV-lərində əsas mövzuya çevrilmişdi. 

Ərdoğanın istəyini qəbul etməmək çətin idi. Rusiya prezidentinin sözlərinə görə, Moskva və Ankara Su-24-ün vurulmasından sonra yaranan bütün fikir ayrılıqlarının öhdəsindən gəlib. Kremlin başçısı ən yaxın vaxtda türk meyvə-tərəvəz məhsullarının idxalına qoyulan bütün məhdudiyyətlərin ləğv ediləcəyini bildirdi. Ərdoğan iki ölkə arasındakı ticarət dövriyyəsinin 100 milyard dollara (2016-cı ildə bu rəqəm 15 milyard təşkil edirdi) qədər artırılmasının perspektivləri haqqında yenidən danışdı. Rusiya prezidenti Ərdoğan qədər optimist deyil. O, yalnız əməkdaşlığın yeni üfüqlərinin yarandığını qeyd etdi.

Suriya və Əsədin taleyi

Xarici siyasət məsələləri daha mürəkkəb idi. Ərdoğan və Putin ehtimal ki, Dağlıq Qarabağdan (Türkiyə prezidenti Qarabağ münaqişəsinin həllinə çağırdı) Avropa problemlərinə qədər xarici siyasətin bütün spektrlərini müzakirə etdilər. Ancaq Suriya və İran əsas mövzular idi.

Suriya məsələsinə gəlincə, bu ölkənin gələcəyi haqqında praktik olaraq fikir ayrılıqları mövcuddur.

“Kürdlər Suriya məsələsində Türkiyə üçün ən ağrılı məsələdir. Ankara onlar üçün istənilən növ muxtariyyətə qarşı çıxır, həmçinin bütün kürd strukturlarını terrorçu adlandırır. Moskva isə başqa mövqedədir. Kreml regional məsələlərdə kürdlərlə əməkdaşlıq etməyə hazırdır, onların Cenevrə danışıqlarına qoşulmasını dəstəkləyir və kürdlərə gələcəkdə mədəni muxtariyyət verilməsinə etiraz etmir”, – Vladimir Avatkov qeyd edib.

Vladimir Avatkovun sözlərinə görə, Suriya böhranında təmas yalnız onda tapılacaq ki, Moskva və Ankara qalan məsələlər üzrə razılaşsınlar. Məsələn, Suriya prezidenti Bəşər Əsədin taleyi fikir ayrılıqları yaradan əsas məsələlərdən biridir.

“Türkiyə Suriya prezidentini legitim hesab etməməkdə davam edir. Ankara hələ də ümid edir ki, Əsədin yerinə loyal sünni musəlmanlar gələcək və bir sıra məsələlər üzrə Türkiyə ilə əməkdaşlıq edəcəklər. Göründüyü kimi, Suriyanın gələcəyinin konkretləşdirməsi sonrakı danışıqların predmeti olacaq. Yalnız Rusiya və Türkiyə deyil, həm də Rusiya- Türkiyə-İran üçbucağında aparılan danışıqlarda”, – o deyib.

İran

Sirr deyil ki, hazırda İsrail və ABŞ İrana qarşı regional blok yaratmaq istəyirlər. Ərdoğanın Moskva səfərindən bir gün əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Rusiya paytaxtında idi. O, Putini də bu oyunda iştirak etməyə inandırırdı: “İranı Suriyadan at”. Və Netanyahu ehtimal ki, Putinin inandıra bilmədi.

Amma bu, Ankara ilə daha sadə olmalıdır. İran regionda həmişə Türkiyə ilə rəqabətdə olub və Ankara Suriya müharibəsində bu ölkənin İran təsirinin altından çıxarılmasını dəstəkləyir. Vladimir Avatkov isə qeyd edir ki, bu, praktik olaraq Türkiyəyə ən azından indi sərfəli deyil. Onun sözlərinə görə, Ərdoğanı Suriya problemlərinin həlli üzrə Türkiyə-İran-Rusiya formatı tamamilə qane edir (Ankaraya bu ölkənin yenidən qurulmasında onun maraqlarına hörmət ediləcəyi barədə zəmanət verilib – “RİA-Novosti”). Vladimir Avatkov bildirir ki, Türkiyə son bir neçə il ərzində həddən artıq səhvə yol verib və Yaxın Şərqin türk maraqlarına uyğun olaraq qurulması üçün ona partnyorlar lazımdır. Bu partnyorlar harada axtarılmalıdır?

Bu yaxınlarda baş verən Türkiyə-Almaniya qalmaqalı (Türkiyənin nazirlərinə faktiki olaraq Almaniyaya gəlmək və türk vətəndaşları ilə görüşmək qadağan edildi –red.) göstərir ki, Avropa İttifaqı Ankaranı qəbul etmir. Amerikalılara ümid yoxdur. Donald Tramp kürdlərlə yaxınlaşmaqda davam edir və onları Türkiyə ordusunun hücumundan müdafiə etmək niyyətindədir. ABŞ İŞİD-in əlindəki Rakka şəhərini Suriya kürdləri ilə azad etmək niyyətindədir.

Ankara və İsrail arasında əməkdaşlıq haqqında danışmaq çox çətindir. Doğrudur, tərəflər barışıblar, ancaq Ərdoğan Fələstini hər cür dəstəkləməyə davam edir.

Yalnız Rusiya və İran, yaxud da Rusiya-İran-Türkiyə triadası qalır. Ancaq “RİA-Novosti” qeyd edir ki, bu, nəzəri versiyadır: “İstisna etmək olmaz ki, Ərdoğan bu oxu dağıtmağa qərar verəcək və Qərbin anti-İran kampaniyasında iştirak edəcək. Ancaq yenə də ümid etmək qalır ki, prezident 2016-cı ilin birinci yarısının dərslərini tamamilə öyrənib və onu qəbul edən partnyorlarla dalaşmağa başlamayacaq”.