Dağıstanlı nazir ölkədən qaçdı

Dağıstanlı nazir ölkədən qaçdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Evində axtarış aparılan Dağıstanın tikinti və mənzil-kommunal təsərrüfatı nazirinin vəzifələrini müvəqqəti icra edən İbrahim Qazıbəyov respublikadan qaçıb

Virtualaz.org bildirir ki, bu xəbəri regionun hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən RİA “Novosti” yayıb.

“Qazıbəyovu tutmağa hazırlaşırdılar, lakin o, respublikadan qaçıb. Nazir işdə deyil”, – agentliyin həmsöhbəti qeyd edib.

Hazırda Dağıstanda Moskvadan həlmiş güc strukturlarının nümayəndələrindən ibarət xüsusi komissiya fəaliyyət göstərir. Komissiyanın məqsədi respublikada “qanunçuluğun vəziyyəti”ni müəyyənləşdirməkdir.