Rusiyanın Dağıstan Respublikasının sabiq rəhbəri Ramazan Əbdülətifovun qardaşı Rəcəb Əbdülətifov saxlanılıb.
TİA.AZ TASS-a istinadən xəbər verir ki, Federal Təhlükəsizlik Xidmətinin Mahaçqaladakı baş idarəsinə gətirilən Rəcəb Əbdülətifovun istintaqla bağlı Moskvaya aparılacağı deyilir.
Faktı Dağıstan parlamentində də təsdiqləyiblər. Onun hansı səbəbdən saxlanıldığı açıqlanmır.