Rusiya Federasiyası Milli Qvardiya Qoşunları Federal Xidmətinin (Rosqvardiya) direktorunun birinci müavini Sergey Melikov Dağıstanın başçısı vəzifəsinə başlıca namizəd ola bilər
Rusiya Federasiyası Milli Qvardiya Qoşunları Federal Xidmətinin (Rosqvardiya) direktorunun birinci müavini Sergey Melikov Dağıstanın başçısı vəzifəsinə başlıca namizəd ola bilər
Oxu.Az-ın məlumatına görə, belə bir bəyanatla “Qovorit Moskva” radiostansiyasının efirində Rusiya xalqlar konqresinin həmsədri Ruslan Qurbanov çıxış edib.
Onun sözlərinə əsasən, Melikovu bu vəzifəyə bir neçə ildir hazırlayırlar, məhz elə bu səbəbdən də onu Rusiya prezidentinin Şimali Qafqaz Federal Dairəsindəki səlahiyyətli nümayəndəsi təyin ediblər.
Qurbanovun sözlərinə əsasən, Melikov bir neçə dəfə Dağıstan rəhbəri olmaqdan imtina edib.
Xatırladaq ki, Dağıstanın başçısı Ramazan Abdulatipov dünən istefa vermək niyyətini açıqlayıb.