“Dağıstandakı olaylar digər bölgələrə də sıçraya bilər”

“Dağıstandakı olaylar digər bölgələrə də sıçraya bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dağıstanda həyəcan təbili ötən ilin oktyabrında çalınmışdı”.

“AzPolitika” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Dağıstanda baş verən hadisələri şərh edərkən bildirib.

Xatırladaq ki, İsrail rejiminin Qəzzada soyqrım tərətməsinə, əksəriyyəti uşaq olan on minlərlə fələstinlini qətlə yetirməsinə etiraz edən yüzlərlə dağıstanlı gənc oktyabrın 29-da Mahaçqala hava limanına hücum etdi, təyyarələrin uçuş zonasını ələ keçirdilər, binada qapı və şüşələri qırdılar.

“Polis ortada yox idi. Radikal gənclər Mahaçqala hava limanına enən İsrail vətəndaşlarını axtarır, qarşılarına çıxanların pasportlarını yoxlayırdılar. Həmin gün müxtəlif şəhərlərdən uçan təyyarələr Mahaçqala hava limanına enə bilmədilər. İsrail vətəndaşları hava limanını tərk etməyə müvəffəq oldular. Əgər onlar radikalların əlinə keçsəydi, nəticə ağır olacaqdı”, – Elxan Şahinoğlu əlavə edib.

E.Şahinoğlu vurğulayır ki, o zaman Dağıstan İstintaq Komitəsi hava limanına hücum edənlərə qarşı cinayət işlərinin açıldığını bəyan etsə də, sonrakı aylarda bu məsələnin üzərinə çox gedilmədi. Bildirildi ki, gənclər səhvlərini etiraf ediblər.