Dağıstan terrorunda Qərb izi – Kremldə növbəti zərbənin hardan gələcəyini bilmirlər…

Dağıstan terrorunda Qərb izi – Kremldə növbəti zərbənin hardan gələcəyini bilmirlər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Qafqaz ən həssas regiondur. Tribunainfo.az-ın siyasət şöbəsi yazır ki, dini ekstremizm problemi həmişə bu bölgədə olub. Mahaçqala hadisəsinin sifarişçiləri təsadüfən bu yeri seçməyiblər. Rusiya dövlətinin ən həssaslıqla yanaşdığı Şimali Qafqazda xaos yaratmaq istəyiblər. Bundan əvvəl də İŞİD “Crocus”da terror törətdi. İndi də kilsə və sinaqoq hədəf götürülüb. Hər iki terrorda radikal dini-ekstremist qüvvələr iştirak edirlər. Rusiya hadisəni terror adlandırıb. Təhlükəsizlik Şurasının sədr müavini Medvedev bildirib ki, Dağıstanda qətliamı törədənlər ekstremistlərdir: “Ona görə də onların hamısının-amerika hakimiyyəti, bandera rejimi və ağılsız fanatiklərin bizim üçün fərqi yoxdur”.
Bununla Dağıstandakı qanlı qarşıdurmada xarici iz olduğuna eyham vurub. Rusiya Moskva terrorunu da Kiyevin üzərinə qoyub.
Onu da deyək ki, Dağıstanın Serqokalinski rayonunun başçısı Maqomed Ömərovun iki oğlu Mahaçqaladakı hücumda iştirak edib: Osman və Adil Ömərov. Onlar zərərsizləşdirilib. Bu da hadisədə daxili hesablaşma ehtimalını istisna etmir. Lakin əsas versiya Rusiyanın daxildən zəiflədilməsi istiqamətində edilən hücumdur. Çünki eyni gündə ilhaq olunmuş Sevastopol vurulub. Həmçinin, hər gün Rusiya şəhərlərinə PUA hücumları təşkil edilir, neft emalı zavodları hədəf alınır. Beləliklə, müharibə Rusiyaya transformasiya edilib və daxildə destabilizasiya yaradılır. Təbii ki, bu da NATO/ABŞ və onların dəstək verdiyi Kiyevin istəklərinə uyğundur. Dağıstan hadisələri isə Rusiyanı bu regionda təhlükəsizliyi gücləndirməyə vadar edəcək. Amma çi fayda?! Növbəti zərbənin hardan gələcəyini hələ də Kremldə bilmirlər…

Roman