Dağıstan baş naziri vəzifəsini müvəqqəti icra edən Abdusəməd Həmidovun evində aparılan axtarış zamanı qızıl “TT”, “Beretta”, “Makarov tapançası və iki Kalaşnikov avtomatı aşkarlanıb.
Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko açıqlama verib.
Onun sözlərinə görə, Dağıstanda saxlanılan məmurlar büdcədən sosial proqramlara ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı mühakimə olunacaq.
“Axtarışın gedişində Həmidovdan qızıl “TT”, “Beretta”, “Makarov” tapançaları və iki Kalaşnikov avtomatı, onların güllələri müsadirə olunub. Yaxın zamanda bütün göstərilən şəxslərə qarşı rəsmi ittihamın irəli sürülməsi planlaşdırılır, onlara qarşı həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmədə vəsatət qaldırılacaq”, – deyə qurumun rəsmisi bildirib.