DAĞILAN MÜNASİBƏTİ XİLAS ETMƏYİN YOLLARIbackend

DAĞILAN MÜNASİBƏTİ XİLAS ETMƏYİN YOLLARI  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hətta ən güclü münasibətlər də bəzən böyük çətinliklərlə üzləşə bilər. Münasibətlər davam etdikcə münaqişələr də artır. Münasibətlərdə problemlərin olması normaldır, amma önəmli olan onları aradan qaldırmaqdır.

Tribunainfo.az dağılan münasibəti bərpa etməyin yollarını təqdim edir:

Münasibətinizin ilk günlərindəki bu həyəcan hirslə əvəzlənibsə, dərhal hərəkətə keçin. Dağılan münasibətlərinizi bir neçə addımla düzəldə bilərsiniz. Sizə lazım olan budur…

Keçmişi keçmişdə buraxın

Münasibətinizə verə biləcəyiniz ən böyük zərər, daim keçmişi qazmaqdır. Keçmiş səhvləri bağışlamağa və indiki vaxta diqqət yetirməyə çalışın.

Konkret olun

Davamlı şikayət etmək və ya məzəmmət etmək əvəzinə nə istədiyinizi açıq şəkildə söyləyin.

Sərhədlərə hörmət edin

Vaxt ayırın və şəxsi vaxtınızı necə keçirəcəyinizə qərar verin. Eynilə, partnyorunuz tək qalmaq istədikdə ona bu məkanı təmin edin.

Səhv sizdə olub olmadığına qərar verin

Əgər nə etsəniz də münasibətlərinizdəki problemlər düzəlməzsə, bəlkə özünüzə dönüb bunun sizin günahınız olub olmadığına qərar verməlisiniz. Günahın siz olduğunu başa düşmək ağrılı olsa da, məsuliyyəti öz üzərinizə götürməkdən yayınmayın və təmir mərhələsinə keçin.

Peşəkar yardım

Problemlərinizin öhdəsindən gəlmək getdikcə çətinləşirsə, bir mütəxəssisdən kömək almağı düşünə bilərsiniz. Münasibətlərinizi yaxşılaşdırmaq üçün özünüzə uyğun bir terapevt seçib problemlərinizi asanlıqla danışa bilərsiniz.