D Vitamini hər yaşda insan orqanizmi üçün vacib elemnetlərdəndir. Bu vitaminin əksikliyi hər yaşda özünü göstərir. Ona görə də körpəlikdən uşaqlara D Vitamini təyin edilir. Ancaq böyüklər üçün də bu vitaminin qəbulu şərtdir.
Tribunainfo.az xəbər verir ki, həkim ihangir Ertekinin sözlərinə görə, D Vitamini əskikliyi orqanizmdə özünü mextəlif formada göstərir. Həkimin sözlərinə görə, bu vitamin çatımazlığının məlum 5 ən önəmli şərti var:
“Çox iş görməməyinizə rəğmən özünüzü çox yorğun hiss edirsinizsə, sümük və əzələ ağrılarınız varsa, xüsusilə də bu ağrılar kürək-bel nahiyyəsindədirsə, möhkəm tərləmə halı ilə üzləşirsinizsə, saçın çox tökülməsi və dırnaqların zəifləməsi müşahidə olunursa, beyində yorğunluq, yaddaşsızlıq, fikir dağınlqlığınız varsa D Vitamini əksikliyindən əziyyət çəkirsiniz deməkdir. Bu vitaminin qəbulu hər yaşda vacibdir”.