D VİTAMİNİ DƏ  SARIŞIN İNSANLARI SEVİR…backend

D VİTAMİNİ DƏ SARIŞIN İNSANLARI SEVİR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sarışın insanların bədəni D vitaminini daha tez qəbul edirmiş.

Tribunainfo.az xəbər verir ki, aparılan araşdırma nəticəsində bu qənaətə gəlinib. Məlum olub ki, sarışınların günəş altında 15 dəqiqə qalması kifayət edir ki, bədən lazımi D vitaminini udsun. Əsmər bənizlilər isə sarışınlara nisbətən daha gec D vitamini qəbul edə bilirlər.

Sümük, əzələ inkişafında, immunitet sistemi güclənməsində və depressiya riskinin azalmasında önəmli rol oynayan D vitamini insan orqanizminin tələb etdiyi əsas vitaminlərdəndir. Məhz bu səbəbdən həkimlər yay ərzində səhər saatlarında günəş altında olmağı məsləhət görür. Ancaq bu müddət insan dərisinin rənginə görə dəyişirmir. Belə ki, sarışınların 15 dəqiqədə günəş şüalarından aldığı D vitaminini, əsmərlər 30-45 dəqiqədə əldə edə bilir.