Cümhuriyyətin 100 illiyi ilə bağlı kitabın təqdimatı oldu

Cümhuriyyətin 100 illiyi ilə bağlı kitabın təqdimatı oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün araşdırmaçı-yazar Sərxan Carçının Cümhuriyyətimizin 100 illiyi ilə əlaqədar yazmış olduğu “Cümhuriyyət xilaskarları- Əmanət məzarlar” kitabının təqdimat mərasimi oldu. Kitab 1918 -ci ildə mənfur erməni daşnaklarının xalqımızı soyqırıma məruz qoyarkən Osmanlı ordusunun sərkərdəsi Nuru Paşa tərəfindən Azərbaycanın xilas edilməsi zamanı şəhid olmuş türk əsgərlərinə və ümumiyyətlə əhatəli şəkildə həmin dövrə aiddir.
Təqdimatda tanınmış ziyalılar və dahilərin doğmaları: Cümhuriyyətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə, Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyev və digər qələm adamları, həmçinin “NÖQTƏ- Yeni Başlanğıc” İctimai Birliyinin idarə heyətinin üzvləri, tanınmış hüquqşunas və Qarabağ qazisi Vüqar Dadaşov, ilahiyyatçı-yazar, Prezident mükafatçısı Tural İrfan, yazar-jurnalist Nəzakət Zeynalova və başqa ziyalılar iştirak edib geniş nitqlər söyləyiblər.Dəyərli dostları təbrik edir, onlara uğurlar diləyirik.