CÜDOÇU GƏNCİN QƏTLİNİ RƏŞAD DAĞLI İLƏ NƏ BAĞLAYIR? – REPLİKAbackend

CÜDOÇU GƏNCİN QƏTLİNİ RƏŞAD DAĞLI İLƏ NƏ BAĞLAYIR? – REPLİKA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Folklorşünas, şəhid qardaşı olan Elyar İslamoğlu maraqlı tendensiyaya diqqət çəkib. Tribunainfo.az cüdoçu gəncin qətl törətməsində meyxanaçı Rəşad Dağlı personasını müqayisə göstərib. Onun sözlərinə görə, büdcədən Olimpiya İdman Komplekslərinin tikintisinə milyonlarla manat vəsait ayrılıb. Eləcə də həmin komplekslərin saxlanılmasına hər il milyonlarla manat pul xərclənir.

“Şağan Olimpiya İdman Kompleksində təşkil olunan cüdo turnirində 16 yaşlı idmançı bıçaqlanaraq qətlə yetirilib. Ortada həkim yox, təcili yardım yox.
Yarış təşkilatçıları adi təhlükəsizlik qaydalarına belə əməl etməyib.
Belə çıxır ki, yarışlara istənilən şəxs bıçaqla, tapançayla, partlayıcı maddə ilə daxil ola bilər. Bu qədər həssas dönəmdə məsuliyyətsizlik edənlər ağır cəza almalıdır.
Cəmiyyət qətl törədən meyxanaçını çox mədh edib göylərə qaldırdı, qəhrəman elan etdi. Artıq gənclər də ciblərində bıçaq gəzdirir, kiçik bir mübahisədə rahat-rahat qətl hadisəsi törədilir.
Ölkədə bütün dəyərlər məhv edilib. Narkomaniya, cahillik, savadsızlıq, korrupsiya, özbaşınalıq hələ çox bəlalara, faciələrə səbəb olacaq”.

Tribunainfo.az