“Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Bu barədə Oxu.Az-a Ç.Cəlilovun vəkili Janna Bağırova məlumat verib.
O deyib ki, Ç. Cəlilov barəsində çıxarılan hökmdən narazıdır və bəraət istəyir.
İşə yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.