“Crown Lift Service” şirkətini bu dəfə “Paşa Bank” məhkəməyə verdi

“Crown Lift Service” şirkətini bu dəfə “Paşa Bank” məhkəməyə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Kommersiya Məhkəməsində “Paşa Bank” ASC-nin “Crown Lift Service” MMC-yə qarşı məhkəmə iclası başlayıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Günay Namazovanın sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası oktyabrın 10-na təyin edilib.

Qeyd: “Paşa Bank” ASC “Crown Lift Service” MMC-ni məhkəməyə verərək kredit müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

Xatırlatma: Daha əvvəl “Crown Lift Service” MMC-ni “Expressbank” ASC eyni iddia ilə məhkəməyə vermişdi. Hazırda iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın sədrliyi ilə araşdırılır.